Wings for Life World Run | Red Bull TV
Wings for Life World Run
Wings for Life World Run — qaçışçıları və əlil arabası istifadəçilərini bir araya gətirən, dünyada analoqu olmayan qlobal xeyriyyə tədbiridir. Bütün dünyada minlərlə insan eyni gündə və eyni saatda öz tempi ilə qaça bilməyənlər üçün qaçır. Toplanan vəsait isə onurğa beyni zədələrinin araşdırılmasına yönəldilir. Bu yarışın ən maraqlı özəlliyi isə onun ənənəvi finiş xəttinin olmamasıdır — bütün iştirakçılar eyni anda qaçmağa başlayır və hər kəs Virtual Catcher Car tərəfindən tutulana qədər irəliləməyə çalışır. Yarış saat 15:00-da başlayır. Virtual Catcher Car isə startdan 30 dəqiqə sonra hərəkətə keçir və ilkin sürəti saatda 14 km olur. Daha sonra tədricən sürətini artıraraq iştirakçıya çatana qədər hərəkətdə olur. Avtomobil səni keçdikdən sonra sənin üçün yarış başa çatır. App Run tədbirinə qoşulmaq üçün sadəcə qeydiyyatdan keç və Wings for Life World Run mobil tətbiqini (Android və ya iOS üçün) yüklə!